
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda qarşılaşacaq “Sabah” və ”Barselona” komandalarının start heyətləri açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərdə çıxacaqlar.
“Sabah”: Stas Pokatilov (k), Stiv Solvet, Rəhman Daşdəmirov, Kristian Nvaçukvu, Umarali Raxmonaliyev, Xəyal Əliyev, İvan Lepinitsa, Timoteuş Puxaç, Erivaldo Almeyda, Ksander Severina, Du Keyros, Akim Zedadka.
“Barselona”: Joan Qarsiya, Alexandro Balde, Qavi, Fermin Lopes, Pedri, Qabriel Jezus, Karim Adeyemi, Entoni Qordon, Cerard Martin, Frenki de Yonq (k) Jül Kunde.
Qeyd edək ki, oyun Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək. Qarşılaşmanı şotlandiyalı FIFA referisi Nikolas Uolş idarə edəcək.
***
Matç başladı.
***
31-ci dəqiqə: “Barselona” hesabı açdı. Entoni Qordonun zərbəsi dəqiq oldu.
***
İlk hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
51-ci dəqiqə: Entoni Qordon dubla imza atdı.
***
55-ci dəqiqə: Bu dəfə Karim Adeyemi komandasını irəli çıxardı.
***
60-cı dəqiqə: Qabriel Xesus 4-cü qolu vurdu.
***
63-cü dəqiqə: Coy Lens Mikels “Sabah”ın ilk qolunu vurdu.
***
“Sabah” “Barselona”ya məğlub oldu.
Tətbiqimizi yükləyə bilərsiniz