AFFA bu məşqçiləri cəzalandırdı


AFFA İntizam Komitəsi “Şamaxı” və “Turan Tovuz”un məşqçilərini 3 oyunluq cəzalandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Noyabrın 21-də keçirilən “Şamaxı” – “Turan Tovuz” qarşılaşmasının fasiləsindən sonra hər iki komandanın məşqçisi rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
Nəticədə “Şamaxı”nın məşqçisi Araz Bağırov və “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov hər biri üç oyunluq cəzalandırılıb.
Həmçinin, hər iki klub 8 min manat cərimə olunub.
Həmin görüşün 75-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Xorxe Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Oyunçu bir oyunu şərti olmaqla üç oyunluq cəzalandırılıb. Klub 3 min manat cərimə edilib. Futbolçu üçün altı aylıq sınaq müddəti müəyyənləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top