Suriyanın müxalifət gücləri Rakka üzərinə növbəti hücuma başlayıb

Suriyanın demokratik gücləri koalisiyasına daxil olan silahlı müxalifət dəstələri ABŞ hərbi hava qüvvələrinin köməyi ilə Rakka şəhəri üzərinə növbəti hücuma keçiblər. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, hücumdan məqsəd şəhəri İŞİD güclərindən azad etməkdir. Öz növbəsində "Reuters" agentliyi yazır ki, Rakka üzərinə hücumda koalisiya güclərinə ABŞ hərbi hava qüvvələri fəal dəstək verir. ABŞ-a məxsus təyyarələr İŞİD mövqelərinə aramsız olaraq raket-bomba zərbələri endirirlər. ABŞ-ın bölgədəki digər müttəfiqlərinin, o cümlədən İngiltərə hərbi hava qüvvələrinin də Rakkaya hücum edən müxalifət güclərinə dəstək verəcəyi gözlənilir. Xatıladaq ki, koalisiya gücləri Rakkka üzərinə hücuma ötən ilin noyabr ayının 6-da başlayıblar. "Fəratın qəzəbi" adı altında keçirilən hərbi əməliyyatlar hər iki tərəfdən böyük itkilərlə müşahidə olunmaqdadır. Lakin qızğın döyüşlərə baxmayaraq müxalifət gücləri hələlik Rakkanı ələ keçirməkdə acizlik göstərirlər.

DİGƏR XƏBƏRLƏR

Top