
8 noyabr 2026-cı il tarixində Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarının ərazisində dənizdə batan 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 600 m aralı, nəzarətsiz ərazidə suda tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, yerli KİV N.Şahaliyevin Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbəsi olduğunu yazır.
Tətbiqimizi yükləyə bilərsiniz