
İsveçrənin dondurduğu Rusiya aktivlərinin ümumi dəyəri 8,5 milyard İsveçrə frankına (10,2 milyard dollar) yüksəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
İsveçrə hakimiyyətinin məlumatına görə, yeni göstərici 2025-ci ilin aprel ayı ilə müqayisədə 15 faiz çoxdur. Həmin vaxt dondurulmuş aktivlərin həcmi 7,4 milyard frank təşkil edirdi. Artım yeni aktivlərin dondurulması, eləcə də qızıl şəklində saxlanılan bəzi aktivlərin dəyərinin yüksəlməsi ilə əlaqələndirilir.
Ukraynada müharibə başlayandan sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rusiya Mərkəzi Bankının qızıl-valyuta ehtiyatları dondurulub, həmçinin bankın ehtiyatlarının və aktivlərinin idarə olunması ilə bağlı əməliyyatlara məhdudiyyətlər qoyulub.
Qeyd edək ki, Avropa İttifaqı və G7 ölkələri Rusiyanın təxminən 300 milyard avro dəyərində aktivlərini dondurub.
Tətbiqimizi yükləyə bilərsiniz