Naxçıvanda bu qurum ləğv edildi


Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti ləğv olunub.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı muxtar respublikanın Baş naziri Cabbar Musayev qərar imzalayıb.
Qərara əsasən, Naxçıvan MR Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin yaradılması haqqında” 2019-cu il 04 noyabr tarixli 411-05/S nömrəli Sərəncamı və “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2019-cu il 08 noyabr tarixli 182-V FR nömrəli Fərmanı ləğv edilib.

DİGƏR XƏBƏRLƏR

Top