Tarixin ən uzunmüddətli uçuşu reallaşdırılacaq

“Qatar Airways” aviaşirkəti tarixdə ən uzunmüddətli uçuşu həyata keçirəcək. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, təyyarə fevralın 5-də bazar günü Doha şəhərinin aeroportundan saat 05:10-da havaya qalxacaq. O, bazar ertəsi saat 07:30-da isə Yeni Zelandiyanın Okland şəhərinə eniş edəcək. Bununla da uçuş müddəti 16 saat 20 dəqiqə davam edəcək. Nəzərə alınsa ki, təyyarə 10 saat qurşağını keçəcək, o zaman onun uçuşu gün yarım davam edəcək. Bu arada 2018-ci ildə Sinqapur Hava Yolları “Qatar Airways” aviaşirkətinin rekordunu təzələməlidir. Belə ki, Sinqapur aviaşirkəti Sinqapurdan Nyu-Yorka dayanmadan uçuşlara başlamağı planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top