“Cimbom” “Fənərbağça”nın 6:0 uduzduğu “Aston Villa”nı belə məğlub etdi – Video


Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura start verilib.
Yeniavaz.com
xəbər verir ki, Türkiyə təmsilçisi “Qalatasaray” İstanbulda “Aston Villa” (İngiltərə) ilə qarşılaşıb.
Oyun Bakı vaxtı ilə 21:45-də start götürüb.
Görüşdə yeganə qolu 77-ci dəqiqədə Deniz Gül vurub və matç İstanbul təmsilçisinin 1:0 minimal hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Cimbom”un əzəli rəqibi “Fənərbağça” bu mövsüm UEFA Çempionlar Liqasının Liqa mərhələsində səfərdə “Aston Villa”ya 6:0 hesabı ilə məğlub olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top