
Noyabrin 24-də Şərq vaxtı ilə saat 10:50-də “Nvidia”nın səhmləri 8% ucuzlaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Məlumata görə, Censen Huanqın şirkətə qayıtmasından sonra qısamüddətli artım müşahidə olunsa da, onun xalis sərvəti 10 milyard dollardan çox azalıb.
Beləliklə, Huanq “Forbes”in real vaxt milyarderlər siyahısında 133,1 milyard dollarlıq sərvəti ilə 13-cü yerdən 14-cü yerə düşüb. Bunula da, o “Walmart”ın varisi Elis Uoltondan geri qalıb.
Qeyd edək ki, noyabrın 23-də “Nvidia”nın səhmləri 31,5% artıb. Huanqın özü isə 34 milyard dollar varlanıb. Belə ki, birjanın bağlanışında onun xalis sərvəti 30% artaraq, 143,8 milyard dollara çatıb.
Xatırladaq ki, noyabrın 23-də Huanq casus qalmaqalından sonra “Nvidia”dakı baş direktor vəzifəsinə bərpa edilib.
Tətbiqimizi yükləyə bilərsiniz