
Fransanın “Pari Sen-Jermen” klubu Ispaniyanini “Atletiko Madrid” klubunun hücumçusu Xulian Alvaresi transfer etmək istəyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Ekrəm Konur “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Məlumayta görə, parislilərin Xviça Kvaratsxeliya və Desir Duenin zədələri ilə əlaqədar hücum xəttini gücləndirməyi planlaşdırdığı bildirilir.
Lakin Alvarezin yüksək qiyməti “Atletiko Madrid”lə danışıqlarda ciddi maneə yarada bilər.
Qeyd edək ki, Kvaratsxeliya və Duenin çarmıxabənzər bağlarının yırtılması ilə əlaqədar bir neçə aylıq meydanlardan kənarda qaldəqları bildirilir.
Xatırladaq ki, Xulian Alvares 26 yaşındadır və 2024-cü ildən bəri “Atletiko Madrid”də oynayır. Hücumçu əvvəllər İngiltərənin “Mançester Siti” klubunda oynayıb və bu klubla iki İngiltərə çempionluğunu (2023, 2024), bir Çempionlar Liqasını (2023), bir Klublararası Dünya Kubokunu (2023), bir İngiltərə Kubokunu (2023), bir İngiltərə Super Kubokunu (2024) və bir UEFA Super Kubokunu (2023) qazanıb.
Alvares həmçinin Argentinanın “River Pleyt” klubunda da oynayıb və bu klubla milli çempionluğu (2021), Libertadores Kubokunu (2018) və Argentina Super Kubokunu (2019) qazanıb.
Alvarez Argentina millisində 64 oyun keçirib, 19 qol vurub və 4 məhsuldar ötürmə edib. Hücumçu milli komanda ilə 2022-ci il Dünya Kubokunu, Amerika Kubokunu (2021, 2024) və Finalissimanı (2022) qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz