Türkiyədə helikopter qəzası – 5 hərbçi həlak oldu + Yenilənib


Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopterin Türkiyənin Eskişehir vilayətində qəzaya uğraması nəticəsində 5 hərbçi həlak olub.
Yeniavaz.com
“TRT Haber” telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Hazırda qəzanın başvermə səbəbləri araşdırılır. Həlak olan hərbçilərin şəxsiyyəti müəyyənləşdirilir.

***21:46 
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopter Türkiyənin Eskişehir vilayətində qəzaya uğrayıb.
Yeniavaz.com
“TRT Haber” telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təyyarənin qalıqlarının yeri müəyyən edilib.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır.
Milli Müdafiə Nazirliyi bildirib ki, helikopter təlim uçuşu həyata keçirb.
Qəzanın səbəbi məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top