Daha bir boksçumuz Avropa çempionu oldu


Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Yeniavaz.com
xəbər verir ki, Bilalhəbaşi Nəzərovdan (50 kiloqram) sonra Nicat Alırzayev (70 kiloqram) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, finalda Zviad Tçotçua (Gürcüstan) ilə döyüşüb. 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçumuz Avropa çempionu olub.
Beləliklə, Azərbaycan millisi 39 ölkədən 276 idmançının qatıldığı qitə çempionatını 4 medalla başa vurub. Bilalhəbaşi Nəzərovla (50 kiloqram) Nicat Alırzayev (70 kiloqram) qızıl, Zidan Hünbətov (55 kiloqram) və Məhəmmədəli Aşırəliyev (60 kiloqram) bürünc mükafat qazanıblar.

DİGƏR XƏBƏRLƏR

Top