Raqqa mühasirəyə alınır – yeni hücum başladı

Əksəriyyətini PKK terror təşkilatının Suriya qanadı olan YPG silahlılarından formalaşan Suriya Demokratik Qüvvələri (SDQ) İŞİD terror qruplaşmasının qeyri-rəsmi paytaxtı sayılan Raqqa şəhərini tamamilə mühasirəyə almaq üçün yeni hücuma keçiblər. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyadan dəstək alan SDQ hava hücumları ilə yanaşı, xüsusi təyinatlıların da cəbhədə vuruşduğunu açıqlayıb. Rəsmi Vaşnqton dekabr ayında Raqqa ərafına 200 əsfər göndərəcəyini açıqlamışdı. Hazırda bölgədə 500 amerika əsgəri var. Beynəlxalq koalisiyanın üzvü olan Fransanın da əsgərləri mühasirədə iştirak edirlər.

DİGƏR XƏBƏRLƏR

Top