
Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 19 nəfər xəsarət alıb.
Yeniavaz.com xəbər verir ki, hadisə Aksaray-Nevşehir avtomobil yolunda baş verib.
Məlumata görə, Ankaradan Qaziantep istiqamətində hərəkət edən sərnişin avtobusu yolda aşıb.
“A Haber” telekanalının yaydığı məlumata əsasən, ilkin olaraq qəza nəticəsində 19 nəfərin xəsarət aldığı bildirilir.
Qəzaya avtobus sürücüsünün idarəetməni itirməsinin səbəb olduğu qeyd olunur.
Hadisə yerinə təcili tibbi yardım və Fövqəladə Hallar İdarəsinin əməkdaşları cəlb edilib. Hazırda xilasetmə işləri davam etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz