
Bu ilin ilk 9 ayında Azərbaycana xarici ölkələrdən ümumilikdə 979 min 186 ədəd qol saatı idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan qol saatlarının ümumi gömrük dəyəri 14 milyon 717 min dollar (25 milyon 19 min manat) təşkil edib.
Qeyd edək ki, idxal edilən qol saatlarının bir ədədinin orta gömrük dəyəri 15,03 dollar (25,55 manat) olub.
Ən bahalı qol saatları İsveçrədən idxal olunub. Qiymətli metaldan korpusu olan, avtomatik qurulma ilə işləyən qol saatlarının bir ədədinin orta gömrük dəyəri 30 min 319 dollar (51 min 543 manat) təşkil edib. Ən ucuz qol saatları isə Çindən gətirilib. Adi korpuslu qol saatlarının bir ədədinin orta gömrük dəyəri cəmi 0,89 dollar (1,51 manat) olub.
Azərbaycana idxal edilən qol saatları təyinatına və korpusunun materialına görə aşağıdakı kimi qruplaşdırılıb:
Adi korpuslu elektriklə işləyən mexaniki indikasiyalı qol saatları:
Çin – 136 min 657 ədəd (bir ədədin orta gömrük dəyəri 37,96 manat)
İsveçrə – 3 min 698 ədəd (1 019,96 manat)
Türkiyə – 1 775 ədəd (40,04 manat)
Filippin – 1 273 ədəd (99,91 manat)
Honkonq – 496 ədəd (62,39 manat)
Tailand – 320 ədəd (177,98 manat)
İspaniya – 132 ədəd (67,62 manat)
İtaliya – 103 ədəd (485,57 manat)
Yaponiya – 59 ədəd (580,01 manat)
Almaniya – 55 ədəd (239,95 manat)
Özbəkistan – 35 ədəd (96,17 manat)
Fransa – 25 ədəd (220,32 manat)
Rusiya – 13 ədəd (82,47 manat)
ABŞ – 5 ədəd (81,60 manat)
Böyük Britaniya – 2 ədəd (654,50 manat)
Adi korpuslu elektriklə işləyən optik-elektron indikasiyalı qol saatları:
Çin – 14 min 822 ədəd (24,43 manat)
Tailand – 460 ədəd (50,62 manat)
Yaponiya – 171 ədəd (64,92 manat)
Çexiya – 165 ədəd (11,65 manat)
Vyetnam – 145 ədəd (631,61 manat)
Tayvan – 22 ədəd (183,14 manat)
Türkiyə – 1 ədəd (gömrük dəyəri göstərilməyib)
Adi korpuslu elektriklə işləyən digər qol saatları:
Çin – 373 min 725 ədəd (4,81 manat)
Tailand – 900 ədəd (100,75 manat)
Rusiya – 36 ədəd (52,93 manat)
Honkonq – 19 ədəd (34,02 manat)
Türkiyə – 13 ədəd (83,75 manat)
Adi korpuslu avtomatik qurulma ilə qol saatları:
Çin – 1 416 ədəd (130,81 manat)
Tailand – 1 145 ədəd (175,08 manat)
İsveçrə – 925 ədəd (8 min 887,55 manat)
Yaponiya – 146 ədəd (428,48 manat)
Almaniya – 42 ədəd (252,71 manat)
ABŞ – 12 ədəd (130,33 manat)
Honkonq – 2 ədəd (306 manat)
İspaniya – 1 ədəd (391 manat)
Adi korpuslu digər qol saatları:
Çin – 318 min 238 ədəd (1,51 manat)
Özbəkistan – 183 ədəd (119 manat)
Vyetnam – 27 ədəd (663,78 manat)
İsveçrə – 21 ədəd (8 min 263,81 manat)
İtaliya – 20 ədəd (51 manat)
Rusiya – 4 ədəd (38,25 manat)
Qiymətli metaldan korpusu olan elektriklə işləyən mexaniki indikasiyalı qol saatları:
İsveçrə – 76 ədəd (22 min 207,37 manat)
Türkiyə – 18 ədəd (76,50 manat)
Çin – 1 ədəd (204 manat)
Qiymətli metaldan korpusu olan elektriklə işləyən digər qol saatları:
Çin – 117 min 655 ədəd (1,75 manat)
Türkiyə – 55 ədəd (563,22 manat)
Qazaxıstan – 4 ədəd (51 manat)
ABŞ – 1 ədəd (221 manat)
Qiymətli metaldan korpusu olan avtomatik qurulma ilə işləyən digər qol saatları:
İsveçrə – 33 ədəd (51 min 543 manat)
Qiymətli metaldan korpusu olan digər qol saatları:
Çin – 3 min 998 ədəd (1,76 manat)
İtaliya – 30 ədəd (51 manat)
İsveçrə – 6 ədəd (44 min 778 manat)
Məlumat üçün onu da bildirək ki, açıqlanan rəsmi məlumatlarda Çindən idxal edilən qiymətli metaldan korpusu olan elektriklə işləyən digər qol saatlarının bir ədədinin orta gömrük dəyəri 1,75 manat, qiymətli metaldan korpusu olan digər qol saatlarının bir ədədinin orta gömrük dəyəri isə 1,76 manat göstərilib. Rəsmi məlumatlarda qiymətli metaldan korpusu olan qol saatlar üçün bu cür aşağı gömrük dəyərinin hansı səbəblərdən qoyulduğu barədə açıqlama verilməyib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz