Aviaşirkətlər Trampın qadağasını ləğv edirlər

“Qatar Airways” aviaşirkəti prezident Donald Trampın ölkəyə giriş qadağasına dair fərmanın təsirinə düşən şəxsləri ABŞ-a uçan təyyarələrin göyərtəsinə buraxacaq. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu bardə şirkət bəyanat verib. Bəyanatda deyilir: “ABŞ-ın gömrük-sərhəd xidmətinin sərəncamına əsasən, qərarın toxunduğu 7 adıçəkilən ölkənin vətəndaşları və ölkəyə girişə iddia edən və özündə ABŞ-a həqiqi, vaxtı ötməmiş vizaya malik bütün qaçqınlar və ya ABŞ-da daimi qalma üçün şəxsiyyət vəsiqəsi olanlar Birləşmiş Ştatlara uçuşa və uçuş üzrə zəruri prosedurlardan keçməyə buraxılacaqlar”.

Yaponiyanın “All Nippon Airways” (ANA) aviaşirkəti də Yaponiyadan ABŞ-a uçan reyslərə İraq, Suriya, Sudan,Yəmən, Liviya, Somali vətəndaşlarının minməsinə qadağasını ləğv edib.

Qeyd edək ki, ötən gün Siteldəki federal məhkəmə ABŞ administrasiyasına bu yaxınlarda prezident Donald Trampın imzaladığı miqrasiya məhduyyətləri haqqında fərmanın icrasını qismən dayandırmaq tapşırığı verib. Hakimin tapşırığı fərmanın bütün ölkə üzrə fəaliyyətini dayandırır.


Xatırladaq ki, D. Tramp yanvarın 27-də miqrasiya siyasətinin sərtləşdirilməsinə dair bir neçə sənəd imzalamışdı. Onlardan biri 7 müsəlman ölkəsindən – İran, İraq, Yəmən, Liviya, Suriya, Somali, Sudan - olan qaçqınların ABŞ-da yerləşdirilməsi proqramının 120 gün müddətinə dayandırılmasını nəzərdə tutur. D. Tramp, həmçinin İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkə ərazisinə buraxılmamasına dair fərman imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top