
ABŞ Ukraynaya göndərilməsi nəzərdə tutulan təxminən 60 ədəd “Patriot” hava hücumundan müdafiə sistemi raketinin çatdırılması üçün hələlik Pentaqonun təsdiqini almayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Financial Times” (FT) qəzeti noyabrın 24-də mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Pentaqon Ukraynaya “Patriot” sistemləri üçün nəzərdə tutulan raketlərin tədarükünü təxirə salır. Bildirilir ki, ABŞ-nin müdafiə naziri Pit Heqset Kiyevə silahların ötürülməsinin gecikməsinə səbəb olan qərar verib.
Mənbələrin sözlərinə görə, tədarükü nəzərdə tutulan raketlər “PAC-2” və “PAC-3” tipli tutucu raketlərdir. Onların bir qisminin Avropa ölkələrinin ehtiyatlarından götürülərək Ukraynaya göndərilməsi planlaşdırılırdı.
Lakin raketlərin çatdırılması üçün Pentaqonun müvafiq razılığı hələ də əldə edilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz