Bakıda qardan sonra yaranan "dəniz" videosu KÖHNƏ İMİŞ - "Azəsu"dan açıqlama

Bu gün sosial şəbəkələrdə və saytlarda paylaşılan bir video hər kəsin diqqətini çəkib. Yayılan xəbərlərdə bildirilib ki, Bakıda bir neçə gün yağan qarın əriməsi nəqliyyatın və piyadaların hərəkətində çətinliklər yaradıb. Qeyd olunub ki, qarın əriməsindən sonra daha bir acınacaqlı vəziyyət Bakının Badamdar qəsəbəsində yaranıb. Sözügedən ərazidə çəkilmiş kadrlar sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə Yeniavaz.com saytına açıqlamasında videonun köhnə olduğunu bildirib: "Bu gün bununla əlaqədar Səbail rayon Sukanal İdarəsinin rəisi Rauf Osmanova zəng vurdum. Rauf müəllim gedib həmin yerə baxıb, orada heç bir problem, qar suyu yoxdur. Video köhnədir. Bu məlumatı yayanda fikir vermirlər ki ağacların hamısı yarpaqlıdır? Yalan məlumatdır".

Nicat

Su bakı

DİGƏR XƏBƏRLƏR

Top