ABŞ hərbçilərinin müşayiət etdiyi üç neft tankeri Hörmüzdə minaya düşüb – SEPAH


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, son bir neçə saat ərzində Hörmüz boğazından keçən üç neft tankeri dəniz minalarına düşərək partlayıb və yanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
“Tankerlərdən biri cənub marşrutu ilə hərəkət edirdi, digər ikisi isə Hörmüz boğazından şərqə doğru istiqamətlənmişdi. Onlar ABŞ Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin mühafizəsi altında olub və Amerika hərbçiləri tərəfindən müşayiət ediliblər. Tankerlər dəniz minalarına düşərək partlayıb və güclü partlayışlar nəticəsində yanğın baş verib”, – deyə SEPAH-ın bəyanatında bildirilib.
Bəyanata görə, ABŞ hərbçiləri bu insidentlərin qarşısını ala bilməyiblər.
“Amerika hərbçilərinin hava müşayiəti bu hadisələrin qarşısını ala bilməyib. Yaxın saatlarda tankerlərdə baş verən partlayış və yanğınların fotoları yayımlanacaq”, – deyə SEPAH-dan bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top