
ABŞ İrana qarşı sanksiyalar siyahısına səkkiz fiziki və 22 hüquqi şəxs əlavə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.
Bildirişə əsasən, sanksiya siyahısına daxil edilən bütün fiziki şəxslər İran vətəndaşlarıdır.
Hədəfdə olan hüquqi şəxslər isə İran, BƏƏ, Türkiyə və Honkonqda qeydiyyatdan keçəb şirkətlərdir.
Sanksiya siyahısına daxil edilmək ABŞ-dəki aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin bu şəxslərlə iş görməsinin qadağan edilməsini nəzərdə tutur.
Tətbiqimizi yükləyə bilərsiniz