
“Titanik”dən sağ çıxan ən məşhur şəxslərdən biri olan britaniyalı modelyer Lüsi Daff-Qordona məxsus brilyant üzük hərracda 150 min funt sterlinqə (təxminən 165 min dollar) satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın “Easy Live Auction” onlayn platforması məlumat yayıb.
Məlumata görə, o, üzüyü 15 aprel 1912-ci ildə baş verən və təxminən 1500 insanın həyatına son qoyan fəlakət zamanı taxıb.
Üzük onun xilas edə bildiyi yeganə qiymətli zərgərlik əşyası olub. Ailəsi onu “Titanik üzüyü” adlandırıb. Aİləsi həmçinin bunun onun nişan üzüyü olduğuna bildirib.
Üzük nəsildən-nəslə ötürülüb və nəticədə Lüsinin nəvəsi, Halsberinin üçüncü qrafı, Britaniya alimi və Lordlar Palatasının üzvü Conun əlinə keçib. Ölümündən sonra üzük ailədə qalıb.
Hərrac şənbə günü Uiltşir qraflığının Devayzes şəhərindəki “Henri Aldridge & Son” hərrac evində keçirilib.
1912-ci ildə Lüsi və həyat yoldaşı Ser Kosmo Daff-Qordon “Titanik”də birinci sinifdə səyahət ediblər.
Təxliyə zamanı cütlük və onların katibi Laura Meybel Frankatelli 1 nömrəli xilasetmə qayığında xilas ediblər.
40 nəfərin yerləşə biləcəyi qayıq yeddi heyət üzvü də daxil olmaqla cəmi 12 nəfərlə suya buraxılıb.
Sağ qalanları xilas edən “Karpatiya” gəmisində Ser Kosmo xilasetmə qayığı heyətinin hər birinə beş funt sterlinq məbləğində çek hədiyyə edib.
Eyni hərracda “Titanik”lə əlaqəli xatirə əşyaları da satılıb.

Tətbiqimizi yükləyə bilərsiniz