
Rusiyada Murmansk vilayətinin qubernatoru Andrey Çibis saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib.
Məlumata görə, o mənimsəmədə şübhəsi bilinir.
İstintaq tədbirləri davam etdirilir.
Digər tərəfdən, Rusiya Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi İrina Volk da qubernatorun dələdüzluq və mənimsəmə ittihamları ilə saxlanıldığını bildirib.
“Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi, 160-cı maddəsinin 4-cü hissəsi və 193.1-ci maddəsinin 3-cü hissəsinin “a” və “b” bəndləri ilə bir sıra cinayətlər törətməkdə ittiham olunan bir qrup şəxsə qarşı cinayət işi üzrə ilkin istintaqı davam etdirir. 23 noyabrda Murmansk vilayətinin qubernatoru Andrey Çibis Rusiya Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsi ilə bu cinayətləri törətməkdə şübhəli bilinərək Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, qubernatorun həbsi avtomobil yollarının yenidən qurulması üçün ayrılan 39 milyon və 1 milyard rubldan çox vəsaitin mənimsənilməsi işi ilə bağlıdır.
Rusiya DİN rəsmisi qeyd edib ki, təqsirləndirilən şəxslər Murmansk Vilayət Tikinti Nazirliyinin büdcəsindən 39 milyon rubldan (təxminən 811 min manat) çox vəsaiti mənimsəməkdə, Apatiti-Kirovsk avtomobil yolunun yenidən qurulması üçün ayrılmış Murmansk Vilayət Nəqliyyat Nazirliyinin büdcəsindən 1 milyard rubldan (təxminən 21 milyon manat) çox vəsaiti mənimsəməkdə, həmçinin, qanunsuz valyuta əməliyyatları aparmaqda ittiham olunurlar.
Qeyd edək ki, Andrey Çibis 2013-cü ildən 2019-cu ilə qədər Rusiya Tikinti və Mənzil-Kommunal Xidmətlər nazirinin müavini vəzifəsini tutub. 2019-cu ilin mart ayında Murmansk vilayətinin qubernatoru vəzifəsini icra edən vəzifəsinə təyin edilib. 2019-cu ilin sentyabrında vilayətin qubernatoru seçilib. 2024-cü ildə o, yenidən eyni vəzifəyə seçilib. 2024-cü ilin aprelində Apatiti sakinləri ilə görüşdükdən sonra bıçaqlı hücuma məruz qalıb. Hücumu törədən şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib.
Tətbiqimizi yükləyə bilərsiniz