Bu ərazilərdə su kəsiləcək


Noyabrın 25-i gün ərzində Səbail və Yasamal rayonlarının bəzi ərazilərinin içməli su təminatında fasilə yaranacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İri Şəhərlərin Su Təchizatı” QSC məlumat yayıb.
Məlumata görə, buna səbəb magistral xəttin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin görülməsidir.
Suyun əvvəlki rejimlə verilməsi noyabrın 26-sı səhər saatlarında bərpa olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top