
Censen Huanq Amerikanın “Nvidia” texnologiya şirkətinin baş direktoru vəzifəsinə bərpa olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
“Bu gün Censen Huanq yenidən prezident və baş direktor, eləcə də Direktorlar Şurasının üzvü təyin edilib”, - şirkətdən bildirilib.
Məlumata görə, qərar yekdilliklə qəbul edilib.
Şirkət həmçinin, əlavə edib ki, bu qərarı verərkən idarə heyəti yüksək vəzifəli şəxslərdən Huanqın vəzifəyə bərpasının milli təhlükəsizliyə təhdid yaratmadığını göstərən məlumatlar alıb.
Qeyd edək ki, Censen Huanq noyabrın 12-də “Nvidia”nın baş direktoru və prezidenti vəzifəsindən, eləcə də şirkətin direktorlar şurası üzvlüyündan istefa verib. Huanqın Çinə casusluq etməkdə şübhəli bilinən bir qadınla münasibətləri ilə bağlı qalmaqal səbəbindən istefa verdiyi bildirilib. Çin Xarici İşlər Nazirliyi onun Çin kəşfiyyatına işləməsi ilə bağlı iddiaları böhtan adlandırıb. ABŞ Prezidenti Donald Tramp isə şirkətə Huanqa ikinci şans verməsini tövsiyə edib.
Tətbiqimizi yükləyə bilərsiniz