
NATO Avropada alyansın 1997-ci il sərhədlərinə qayıtmasını qəbuledilməz hesab edir.
Yeniavaz.com xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Parlament Assambleyasının sessiyası çərçivəsində keçirilən müzakirələr zamanı bildirib.
“NATO-nun 1997-ci il sərhədlərinə qayıtması tamamilə qəbuledilməzdir”, – deyə Rutte vurğulayıb.
O əlavə edib ki, alyansda bu cür qərarların yalnız NATO üzvü olan ölkələr tərəfindən qəbul edilə biləcəyini düşünürlər və belə qərarlar kənardan diktə oluna bilməz.
Xatırladaq ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov noyabrın 12-də bildirib ki, Rusiyanın təhlükəsizlik təminatları Moskvanın NATO-nun genişlənməməsi ilə bağlı məlum tələbləri qədər vacibdir.
Tətbiqimizi yükləyə bilərsiniz