Pomidor daxili bazarda 2 manata, Rusiyaya isə 1,7 manata satılıb


Bu ilin sentyabr ayı ərzində Azərbaycandan Rusiyaya ümumi dəyəri 120,7 min dollar olan 119,03 ton pomidor ixrac edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Rusiyay ixrac olunan pomidorun 1 kiloqramının orta gömrük dəyəri 1 dollar (1,7 manat) olub.
Məlumat üçün qeyd edək ki, bu ilin sentyabr ayında Azərbaycanın daxili bazarında 1 kiloqram istixana pomidorunun orta pərakəndə satış qiyməti 2 manat olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top