Almaniyada 450-dən çox məktəbə “bomba məktubları” göndərilib


Almaniyanın Baden-Vürtemberq əyalətində 450-dən çox məktəb noyabrın 23-də səhər saatlarında elektron poçt vasitəsilə bomba hədəsi ilə bağlı məktublar alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Bildirilib ki, polis təhsil idarəsi ilə əlaqə saxlayaraq təhdidi qiymətləndirib.
Qeyd olunub ki, hazırda məktubları alan məktəblər üçün konkret təhlükənin mövcudluğu barədə məlumat yoxdur.
Məlumata görə, istintaqçılar məktubları göndərən şəxsin kimliyini müəyyənləşdirməyə çalışırlar.
Qeyd edək ki, bundan əvvəl İtaliya və Böyük Britaniyanın məktəbləri də bomba hədəsi ilə bağlı kütləvi elektron məktublar almışdı. “Reuters” agentliyinin məlumatına görə, İtaliyada təxminən 6 300, Şimali İrlandiyada isə 300-ə yaxın məktəbə belə məktublar göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top