
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə təşəkkür edib.
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “X” hesabında paylaşım edib.
“Hörmətli Prezident Donald Tramp, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsinin işə salınması münasibətilə mənim ünvanıma səsləndirdiyiniz xoş sözlərə görə sizə səmimi təşəkkürümü bildirmək istərdim”, - İlham Əliyev qeyd edib.
Qeyd edək ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsinə start veriblər. Donald Tramp layihənin həyata keçirilməsinə görə Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Tətbiqimizi yükləyə bilərsiniz