İcarəyə götürdüyü maşını söküb satan şəxs saxlanıldı


Abşeron rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Yeniavaz.com
DİN-in Mətbuat xidmətinə istinadla xəbər verir ki, zərərçəkən “Toyota” markalı avtomobilini icarəyə verdiyini, daha sonra təhvil aldıqda 2000 manat dəyərində ehtiyat hissələrinin sökülərək oğurlandığını bildirib.
“Polis tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədov müəyyən olunaraq saxlanılıb. Onun taladığı ehtiyat hissələrini satdığı məlum olub.
Araşdırma aparılır”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top