
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun bazarda çəkilmiş görüntüləri müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, bazarda gəzərək satıcı və alıcılarla “hal-əhval tutan” icra başçısının bu addımı bəzi sosial media istifadəçiləri tərəfindən rəğbətlə qarşılansa da, onun vətəndaşlarla ünsiyyət forması bir çox istifadəçinin tənqidinə səbəb olub.
Belə ki, istifadəçilər icra başçısını vətəndaşla “sən” deyə müraciət edərək danışdığına görə tənqid ediblər, həmçinin bu görüşün təbiilikdən uzaq olduğunu, formal xarakter daşıdığını iddia ediblər.
Həmin kadrları təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz