Paşinyan və Tramp TRIPP layihəsinə start veriblər


Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsinə start veriblər.
Yeniavaz.com
xəbər verir ki, Ermənistan mediasında hər iki liderin bununla bağlı videomüraciəti dərc olunub.
Onlar çıxış edərək, Ermənistan ərazisindən keçən TRIPP marşrutu layihəsinə start veriblər.
Ermənistanın Baş naziri videomüraciətində 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan sənədin Cənubi Qafqazı dəyişdirdiyini və uzunmüddətli sülhün əsasını qoyduğunu bildirib. O, layihənin Ermənistanın iqtisadi inkişafında və ölkənin xarici bazarlara çıxışında mühüm rol oynayacağını da qeyd edib.
ABŞ Prezidenti Donald Tramp isə layihənin həyata keçirilməsinə görə Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

DİGƏR XƏBƏRLƏR

Top