Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi anti-terror əməliyyatı çərçivəsində Əl-Bab və Bzagah rayonlarında terrorçuların mövqelərinə havadan zərbə endirilib. "Anadolu" agentliyi xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Nəticəsində sutka ərzində 51 terrorçu məhv edilib. Zərərsizləşdirilən terrorçular arasında İŞİD terror qruplaşmasının dörd "əmir"i də olub. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiy "Fərat qalxanı" əməliyyatı 165-ci gündür davam edir.Report