"Google"da işdən "qovulmaq" işə düzəlməkdən çətindir - FOTOLAR

Kompyuter arxasında oturan insanların böyük əksəriyyəti yəqin ki, "Google"un ("Quql") nə olduğunu bilirlər. Ancaq bir çox hallarda bu məlumat "Google"u adi axtarış sistemi olaraq tanımaqla məhdudlaşır. "Yeniavaz.az" xəbər verir ki, virtual dünya dediyimiz internet üzərindən insanlara bir çox xidmət və məhsul təqdim edən "Google" əslində dünyanın ən böyük şirkətlərindən hesab olunur. Mərkəzi ofisi ABŞ-da yerləşən "Google" şirkətinin bütün dünyada 5000-ə yaxın işçisi var. Elə bu səbəbdən dəyəri 200 milyard dollara yaxın olan bu şirkətdə mövcud olan iş rejimi hər kəs tərəfindən maraqla qarşılanır. Bəs görəsən, həm real, həm də virtual dünyanın super şirkəti hesab olunan "Google"da iş rejimi necə təşkil olunur?

- "Google"da iş gününün bölgüsü yəni, iş saatları kimi bir anlayış yoxdur. Hər kəs lazım hesab etdiyi anda işə başlayır və lazım bildikdə də işini yekunlaşdır. Başlıca faktor odur ki, layihə üzərində iş plana uyğun qaydada getsin.

- Əməkdaşları evlərinə aparmaq üçün xüsusi avtobuslar fəaliyyət göstərir. Ancaq işçi istəsə ofisə gəlmədən evdə də işləyə bilər.

- Əməkdaş öz vaxtının 20%-ni öz sevdiyi layihəyə sərf edə bilər. Hətta bu layihə şirkətə heç bir fayda verməsə belə...

- "Google"a iş üçün müraciət edən hər 10 nəfərdən biri ilə əlaqə saxlayırlar və əlaqə saxlanılan hər 10 nəfərdən biri müsahibəyə çağırılır. Müsahibəyə çağrılan hər 10 nəfərdən biri işləməyə dəvət olunur. Beləliklə, "Google"a iş üçün müraciət edən hər 1000 nəfərdən yalnız biri işə götürülür.

- "Google"da işə düzəlmək çox çətindir, amma bu şirkətdə işdən "qovulmaq" ondan da çətindir. Əgər işçi öz işinin öhdəsindən gələ bilmirsə, rəhbər əvvəlcə həmin işçi ilə söhbət etməlidir, sonra ona öz köməyini göstərməlidir. Vəziyyət bir ay ərzində düzəlmirsə həmin işçiyə əlavə köməkliklər göstərilir. Əgər bu da vəziyyəti düzəltmirsə kömək etmirsə, növbəti dəfə söhbət edilir. Bütün bunlardan sonra işçiyə vəzifəsi bir daha xatırladılır, daha sonra xəbərdarlıq edilir. Yalnız bu xəbərdarlıqdan sonra işçini işdən çıxartmaq olar.

- "Google"un Kaliforniyada (ABŞ) yerləşən baş ofisində 25 restoran fəaliyyət göstərir. Burada hər şey bütün əməkdaşlar üçün pulsuzdur. Restoronlarda dünyanın əksər xalqlarının milli mətbəxtlərindən yeməklər olur. "Google"un əməkdaşlar ofisdə gün ərzində 3 dəfə qidalanırlar.

DİGƏR XƏBƏRLƏR

Top