Bakı məktəblərində istilik problemi - BŞTİ-dən AÇIQLAMA

Bakıda bəzi məktəblərdə istilik sisteminin zəif və ya tamamilə olmaması ilə bağlı şikayətlər daxil olub. Həmin məktəblərdə isə bu səbəbdən davamiyyətin xeyli aşağı düşdüyünü də qeyd ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) cavab olaraq məlumatı qismən təsdiq edib:

"Hazırda beş ümümi təhsil müəssisəsi qaz təzyiqinin aşağı olması səbəbindən istiliklə normadan zəif təmin olunur, iki məktəbin binadaxili istilik xətlərində təmir işləri aparılır".

Bununla yanaşı BŞTİ-dən bildirilib ki, ümumi təhsil məktəblərində davamiyyətlə bağlı elə bir ciddi problem qeydə alınmayıb: "Hava şəraiti ilə əlaqədar ötən günlərdə məktəblərdə davamiyyət orta statistik göstəricidən qismən aşağı düşsə də, təlim prosesi normal qaydada davam edir".lent.az

DİGƏR XƏBƏRLƏR

Top