
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 81 milyard 10,7 milyon manat təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz çoxdur.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal gəlir aylıq orta hesabla 788,5 manat olub. Bu da 2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 9,6 faiz artım deməkdir.
2026-cı ilin ilk 10 ayında əhalinin sərəncamında qalan gəlirləri isə 71 milyard 804,7 milyon manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artıb.
Əhalinin hər nəfərinə düşən sərəncamda qalan gəlir aylıq orta hesabla 698,9 manat olub. İllik müqayisədə bu göstəricidə 9,5 faiz artım qeydə alınıb.
Tətbiqimizi yükləyə bilərsiniz