Orta məktəbi bitirənlərdən neçəsi tələbə adını qazana bilir? – Rayonlar üzrə siyahı


Ötən il Azərbaycanda 40 min 883 nəfər orta məktəb məzunu ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən il orta məktəbi bitirən şagirdlərin ümumi sayının 36,8 faizini təşkil edib.
Şəhər və rayonlar üzrə göstəricilərə nəzər saldıqda məlum olur ki, ali məktəblərə qəbul faizi ən yüksək olan rayon Şahbuzdur. Belə ki, bu rayonda məzunların 83,6 faizi tələbə adını qazanıb. İkinci yerdə 64,4 faiz göstərici ilə Şuşa rayonu, üçüncü yerdə isə 64,3 faizlə Xankəndi şəhəri qərarlaşıb. İlk beşliyə, həmçinin Lerik (63,9 faiz) və Qobustan (62,4 faiz) rayonları daxil olub.
Nəticələrə görə, Ordubad rayonunda məzunların 56,6 faizi, Şərurda 53,1 faizi, İsmayıllıda 52,6 faizi, Culfada 52,5 faizi, Pirallahıda 51,8 faizi, Sədərəkdə isə 51,4 faizi ali təhsil müəssisələrinə qəbul olunub.
Paytaxt Bakı üzrə ümumi qəbul göstəricisi 40,1 faiz təşkil edib. Belə ki, Bakı şəhərindən 14 min 795 məzun ali məktəblərə qəbul olunub. Bakı rayonları arasında ən yüksək nəticə 51,8 faizlə Pirallahıda qeydə alınıb. Nəsimi rayonunda bu göstərici 46,6 faiz, Yasamalda 44,8 faiz, Nərimanovda 44,6 faiz, Nizamidə 43,3 faiz, Binəqədidə 42,5 faiz, Suraxanıda 42,3 faiz, Xətaidə 39,6 faiz, Səbaildə 37,1 faiz, Qaradağda 36,5 faiz, Xəzərdə 33 faiz, Sabunçuda isə 32,1 faiz olub.
Digər böyük şəhərlərin nəticələrinə gəlincə, Naxçıvan şəhərində məzunların 46,4 faizi, Sumqayıtda 42,7 faizi, Mingəçevirdə 38,7 faizi, Gəncədə isə 38,5 faizi ali məktəblərə qəbul olunub.
Ən aşağı nəticə isə Kəlbəcər rayonunda qeydə alınıb. Bu rayonda orta məktəb məzunlarının cəmi 22,7 faizi ali təhsil müəssisələrinə qəbul olunub. Kəlbəcərdən sonra ən aşağı göstəricilər Qusar (25,4 faiz), Astara (25,8 faiz), Qubadlı (26 faiz) və Sabirabad (26,1 faiz) rayonlarında qeydə alınıb.
Bundan başqa, Xocavənd rayonunda qəbul göstəricisi 27,6 faiz, Saatlıda 27,8 faiz, Tərtərdə 29,6 faiz, Salyanda 29,7 faiz, Qubada 30,5 faiz, Kürdəmirdə 31,1 faiz, Şabranda 31,3 faiz və Zaqatalada 31,4 faiz təşkil edib.
Şəhər və rayonlar üzrə ali məktəblərə qəbul olanların sayı və qəbul göstəricisi aşağıdakı kimi olub:


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top