Hakimin Messiyə qırmızı kart göstərməməsi müzakirələrə səbəb oldu – Video


“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi MLS-in pley-off mərhələsində “Kolambus Kryu” ilə matçda rəqib komandanın hücumçusu Qonsalo Tapianın üzünə top atıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə ilk hissənin əlavə vaxtında baş verib. Messi bu hərəkətinə görə sarı vərəqə alıb.
Hakimin bu qərarı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri hakimin bu hərəkətinə görə Messiyə qırmızı kart verməli olduğunu bildiriblər.
Qeyd edək ki, qarşılaşma “Kolambus Kryu”nun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqib komandanın hücumçusu Qonsalo Tapia matçda iki qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top