Şahdağda qar yağıb – Faktiki hava


Noyabrın 21-i axşam saatlarından başlayaraq Azərbaycanın bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Yeniavaz.com
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata istinadən xəbər verir ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub, Şahdağda isə arabir qar yağıb.
Düşən yağıntının miqdarı Qaxın Sarıbaş kəndində 21, Zaqatalada 12, Şəkinin Kişçay ərazisində 10, Şəmkir və Tovuzda 9, Gədəbəydə 8, Balakən və Daşkəsəndə 6, Oğuzda 5, Gəncə və Ağstafada 4, Göygöldə 2, Qazax, Samux və Mingəçevirdə 1 mm təşkil edib.
Bəzi yerlərdə qərb küləyi güclənib. Küləyin maksimal sürəti Mingəçevirdə 21, Şahdağda 20, Goranboyda 19, Kəlbəcər və Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-yə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top