Rusiyanın ən böyük marketpleysinin rəhbəri vəzifəsindən getdi – Ölkənin ən varlı qadınıdır


Tatyana Kim “Wildberries” şirkətinin baş direktoru vəzifəsindən istefa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrində öz əksini tapıb.
Məlumata görə, istefa Avropa İttifaqının (Aİ)Tatyana Kimə qarşı sanksiyalar tətbiq etməsindən qısa müddət sonra baş tutub.
Hazırda bu vəzifəni platformanın top meneceri Aleksey Kulikov tutur.
Qeyd edək ki, “Wildberries” Rusiyanın ən böyük marketpleysidir. 2024-cü ilin iyun ayında şirkət “Russ” şirkəti ilə birləşdiyini elan edib. Həmin ilin iyul ayında tərəflər RWB adlı birgə müəssisə yaradıblar. 2025-ci ildə RWB-nin Rusiyadakı dövriyyəsi illik müqayisədə 49% artaraq 6.1 trilyon rubla çatıb. Şirkətin xalis mənfəəti isə ötən illə müqayisədə 68% yüksələrək 175 milyard rubl təşkil edib.
Xatırladaq ki, “Forbes” reytinqinə görə Tatyana Kim Rusiyanın ən varlı qadınıdır.

DİGƏR XƏBƏRLƏR

Top