İndoneziyada 7,2 bal gücündə zəlzələ oldu


İndoneziyanın şərqində yerləşən Molukk adalarında 7,2 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İndoneziyanın Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi (BMKG) məlumat yayıb.
Məlumata görə, zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib.
Zəlzələnin episentri Cənub-Qərbi Maluku dairəsindən 43 kilometr şimal-qərbdə, ocağı isə 125 kilometr dərinlikdə yerləşib.
Təkanlar Maluku və Papua da daxil olmaqla İndoneziyanın şərq bölgələrində hiss olunub.
Zəlzələnin fəsadlarının miqyası hələlik məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top