Krım körpüsünü Ukrayna zərbələri üçün qanuni hədəf adlandırdı


Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsünü Ukrayna zərbələri üçün qanuni hədəf adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “NBC News” telekanalına verdiyi müsahibədə bildirib.
“Onlar bir neçə obyektimizə hücum etdilər və təbii ki, biz cavab verməli olduq. Və təbii ki, biz Krım körpüsünə zərbə endirməklə cavab verdik”, - Zelenski qeyd edib.
Onun sözlərinə görə, Ukrayna körpünü qanuni hərbi hədəf hesab edir, çünki o, Rusiyanın 2014-cü ildə Krımı işğal etməsindən sonra tikilib.
Qeyd edək ki, Ukrayna son günlər Krım körpüsünə bir neçə dəfə ardıcıl zərbə endirib. Rusiya Prezidenti Vladimir Putin isə körpüyə zərbələrin cavabsız qalmayacağını bildirib. 

DİGƏR XƏBƏRLƏR

Top