
“Ermənistanın yeni Konstitusiya layihəsinin mətni 23 noyabrda dərc olunacaq”.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan həmçinin bildirib ki, o da öz növbəsində həmin gün xalqa müraciət edəcək.
“Bazar ertəsi günü Ədliyyə Nazirliyi yeni Konstitusiyanın layihəsini dərc edəcək və mən həmin gün xalqa mesajla müraciət edəcəyəm”, - Paşinyan qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz