
Ermənistanın Baş naziri Nikol Paşinyan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin rəsmi olaraq 22 noyabrda başlayacağını elan edib.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, o bu barədə “Digitec 2026” konfransındakı müzakirədə bildirib.
“Sabah rəsmi olaraq TRIPP layihəsinin başladığını elan edəcəyik”, - Paşinyan qeyd edib.
O bildirib ki, elektrik enerjisi tranziti bu layihənin əsas tərkib hissəsidir. Paşinyan əlavə edib ki, Ermənistan elektrik şəbəkələrini Türkiyə və Azərbaycanla birləşdirmək niyyətindədir.
Tətbiqimizi yükləyə bilərsiniz