
ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna arasında Milad bayramına qədər yeni atəşkəs razılaşmasının əldə olunacağına ümid etdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına bildirib.
Telekanalın jurnalisiti Amerika prezidentinin həyat yoldaşından Milad hədiyyəsi olaraq nə istədiyi soruşub.
“Əlbəttə ki, dünya sülhü. Amma ən əsası, daha çox atəşkəs istərdim. Həm Ukrayna, həm də Rusiya istəsəydi, bunu çox tez bir zamanda edə bilərdik”, - deyə o cavab verib.
“Bəlkə də, Milada qədər daha bir atəşkəs əldə edə bilərik. Ümid edirəm ki, bu belə olacaq. Danışıqlar artıq gedir”, - ABŞ-nin birinci xanımı əlavə edib.
Digər tərəfdən, Melaniya Tramp Xerson vilayətinin Oleşki şəhərində keçirilən humanitar əməliyyatı “böyük uğur” adlandırıb.
Qeyd edək ki, oktyabr ayının sonunda onun köməyi ilə Moskva və Kiyev humanitar əməliyyat üçün şəhərdə atəşkəs barədə razılığa gəldilər. Rusiya Silahlı Qüvvələri Oleşkiyə humanitar missiyaya hazırlıq məqsədilə 27 oktyabrda Moskva vaxtı ilə səhər saat 4:00-da Xerson istiqamətində atəşkəs elan edib. 30 oktyabrda yerli sakinlərə onlarla ton humanitar yardım paylanıb. Həmçinin, istəyən hər kəsə Rusiyanın və Ukraynanın digər bölgələrinə sərbəst getmək imkanı verilib.
Tətbiqimizi yükləyə bilərsiniz