Yaşı 70-i haqlamış aktyorlara bəd xəbər

"Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi yaşı 70-i haqlamış və yetmişi keçmiş aktyorları üç-üç, dörd-dörd qəbula çağırtdırmışdı. Özü də başqa-başqa saatlarda". Yeniavaz.com saytı xəbər verir ki, bu barədə Xalq artisti Yasin Qarayev məlumat verib. Onun sözlərinə görə, aktyorların bəziləri saat 12:00-da, bəziləri 13:00-da, bəziləri 14:00-da teatr rəhbərliyinin qəbulunda olublar: "Məsələn, xalq artisti və Prezident təqüdçüləri Cənnət Səlimova, Ağaxan Salmanlı, Vaqif Ağayevi və mən. Məlum oldu ki, sən demə, ölkədə ağır maliyyə böhranı gedir. Odur ki, bu insanlar nisbi təminatlı olduqları üçün, mədəniyyət və incəsənətə olan böyük xidmətlərini nəzərə alıb, işdən çıxartmamaq şərti ilə yanvarın birindən yarım ştata keçirilsinlər. Bunu ona görə ediblər ki, ölkəni böhrandan "çıxaraq".

Qeyd edək ki, Yasin Qarayev 22 may 1946-cı ildə anadan olub. Azərbaycan teatr sənəti sahəsindəki xidmətlərinə görə 1991-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top