
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada Amerika hərbi bazalarını yerləşdirmək istəyini bir daha təkrarlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, o, bu barədə Almaniyanın Berlin şəhərində keçirilən mətbuat konfransında məlumat verib.
“Amerikalı tərəfdaşlarımızın Ukraynada da bazaları olsaydı, biz məmnun olardıq”, - Ukrayna lideri bildirib.
Zelenski həmçinin bildirib ki, ABŞ Yaxın Şərqdəki kimi Ukraynada da hərbi bazalar yerləşdirə bilər. O, bu ölkələrin NATO üzvü olmadığını, ancaq Amerika hərbi obyektlərinin onların ərazisində olduğunu əlavə edib.
Ukrayna lideri bidirib ki, ABŞ hərbi bazalarının Ukraynada yerləşdirilməsi NATO-nun 5-ci maddəsinə əsasən təhlükəsizlik zəmanətlərini təmin etmək üçün zəruridir.
Tətbiqimizi yükləyə bilərsiniz