
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen məlumat verib.
Onun sözlərinə görə, Rusiya səfiri Danimarka Xarici İşlər Nazirliyinə çağırılıb və ona hökumətin Rusiya hərbi attaşesini arzuolunmaz şəxs elan etmək və ölkədən çıxarmaq qərarı barədə məlumat verilib.
Hərbi attaşe yeddi gün ərzində Danimarkanı tərk etməlidir.
Nazirin sözlərinə görə, rusiyalı diplomatın ölkədən çıxarılması diplomatik nəticələrə səbəb olacaq və Moskvaya ciddi siqnal göndərəcək.
Rasmussen əlavə edib ki, Danimarka Ukraynanı dəstəkləməyə davam edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz