
İlin əvvəlindən bəri ABŞ-nin Florida ştatında rekord sayda - 20 edam həyata keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Miami Herald” qəzeti məlumat yayıb.
Məlumata görə, edam edilən sonuncu şəxs 1991-ci ildə evli bir cütlüyü qətlə yetirməkdə təqsirli bilinən 71 yaşlı Tomas Mitçell Overton olub.
2025-ci ildə isə bu rəqəm 19 edam təşkil edib.
Florida ştatında ilk edam isə 1979-cu ildə həyata keçirilib.
Florida hazırda digər ştatlarla müqayisədə ən çox edam cəzası həyata keçirən ştatdır. Belə ki, dekabr ayının sonuna qədər ən azı iki edamın həyata keçirilməsi gözlənilir.
Müqayisə üçün deyək ki, ABŞ-də edamların sayına görə, ikinci yerdə olan Texas ştatında bu rəqəm doqquzdur.
Tətbiqimizi yükləyə bilərsiniz