Hərbi sahədə süni intellektdən istifadəni məhdudlaşdırmaq barədə razılığa gəldilər


ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin süni intellektin (Sİ) irimiqyaslı hərbi əməliyyatlarla bağlı müstəqil qərar qəbul etməməsi barədə razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində bildirib.
“Düşünürəm ki, Tramp və Si Cinpinin süni intellektlə bağlı istənilən hərbi qərarın qəbul edilməsi prosesində insanların iştirak etməli olduğu və süni intellektə irimiqyaslı hərbi əməliyyatların müstəqil şəkildə aparılmasına icazə verilməməli olduğu barədə razılığa gəlmələri çox vacibdir”, - o qeyd edib.
Bessentin sözlərinə görə, ABŞ və Çin liderləri nüvə silahlarının yayılmasının qarşısının alınması tədbirlərini də ətraflı müzakirə ediblər. Bundan əlavə, görüşdə ticarət siyasəti və süni intellektin inkişafı da müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top