Rumıniya səfiri Rusiya XİN-ə çağırıldı


Rumıniya səfiri Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
xəbəır verir ki, bu barədə Rusiya xarici siyasət idarəsindən məlumat verilib.
Məlumata görə, Rusiya XİN Rumıniyanın Rusiya idmançılarına viza verməkdən imtina etməsi ilə əlaqədar ona qəti etiraz bildirib.
“Noyabrın sonlarında Buxarestdə keçirilməsi planlaşdırılan 12-14 yaşlı oğlan və qızlar arasında Avropa Taekvondo Çempionatında iştirak etməli olan Rusiya milli komandasına giriş vizalarının verilməsindən əsassız olaraq imtina edilməsi ilə əlaqədar Rumıniya tərəfinə qəti etiraz bildirilib”, - deyə Rusiya XİN-in bəyanatında qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top